Hansı qidalar nə qədər müddətə həzm olunur? – Təəccüblənəcəksiniz...
26 may 2022 09:05 (UTC +04:00)

Hansı qidalar nə qədər müddətə həzm olunur? – Təəccüblənəcəksiniz...

Bildiyimiz kimi itirdiyimiz enerjimizi yeməklərlə bərpa etməyə çalışırıq. Mədəmizə daxil olan yeməklər bizim yaşam enerjimizi, sağlamlığımızı təmin edir. 

Bəs, qidaların həzm olunmasına bədənimiz nə qədər vaxt sərf edir? 

Lent.az hansı qidaların yavaş və sürətli həzm olunması barədə siyahını təqdim edir: 

İlk sırada həyatverən sudur - Adi su birbaşa bağırsaqlara keçir, meyvə və tərəvəz suları isə 15-20 dəqiqə ərzində həzm olunur; 

2. Çiy və bişmiş tərəvəzlər – Çiy tərəvəzlər 30-40 dəqiqədə, bişmiş tərəvəzlər isə 40 dəqiqəyə həzm olunur; 

3. Balıq və dəniz məhsulları – 45 dəqiqə, bəzən də 1 saata həzm olunur; 

4. Salatlar – 1 saata, yağ əlavə edilibsə, daha gec həzm olunur;

5. Nişastalı tərəvəzlər və toyuq – 1 saat yarım, 2 saata həzm olunur;

6. Banan – maksimum 2 saata həzm olunur;


 

7. Süd və süd məhsulları – inanmayacaqsınız, amma, 2 saata həzm olunur;

8. Düyü, bulqur, qarabaşaq kimi dənli bitkilər – 2 saata həzm olunur;

9. Qoz, badam, fındıq kimi çərəzlər – 3 saata həzm olunur;

10. Dana əti də çərəzlər kimi 3 saata həzm olunur;

11. Ən gec həzm olunan qida quzu ətidir – 4 saat...

Gördüyünüz kimi, bəzi yeməkləri ləzzətlə yeyirik: ya mədəmizə ağırlıq verər, ya da tez sovrulub gedər. Bu səbəbdən də ağır və ya yüngül qidalar arasında balansı qorumaq lazımdır. 

Sonda kiçik tövsiyə: Çalışın, mədənizin qədrini bilin. Sonra hər şey gec ola bilər. 
 

# 4092
avatar

Nigar Namiq

Oxşar yazılar