Arıqlamaq üçün ən yaxşı ay  hansıdır?
14 avqust 2023 19:54 (UTC +04:00)

Arıqlamaq üçün ən yaxşı ay hansıdır?

Alimlər arıqlamaq üçün ən yaxşı ayı açıqlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qışda insanlar yaydan daha sürətli və effektiv şəkildə arıqlayırlar. Bu qənaətə Oksford Universitetinin tədqiqatçıları gəlib.

Alimlər 2017-ci ilin yanvarından 2018-ci ilin dekabrına qədər orta yaş həddi 65 olan 85514 İngiltərə sakinini təcrübədən keçiriblər. Onların hamısı üzbəüz və ya onlayn seanslarda iştirak edib. Burada onlardan sağlam qidalanma, daha çox məşq etmə və arıqlama tələb olunub. Müşahidələr göstərib ki, qışda, xüsusən də yanvar ayında pəhriz saxlamağa başlayanlar ilin istənilən vaxtında yeni sağlamlıq rejiminə keçənlərlə müqayisədə daha çox arıqlayıblar. Onların nəticəsi 12-30% yüksək olub.

Qeyd edək ki, Alimlər arıqlamaq üçün ən pis ayın avqust, ardınca iyul və sentyabr ayları olduğunu müəyyən edib.

# 2556
avatar

Oxşar yazılar