Azərbaycanda QRİP BƏLASI:  20 mindən çox adam…
26 yanvar 2023 11:30 (UTC +04:00)

Azərbaycanda QRİP BƏLASI: 20 mindən çox adam…

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.

Lent.az xəbər verir ki, Bakı şəhəri üzrə bu rəqəm 4862 nəfər təşkil edib. Şəmkir, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.

Qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.

İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur.

Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə müraciət edə bilərlər. 

Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.

# 1968
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09
Yuxu problemini həll edən meyvə - Ananas

Yuxu problemini həll edən meyvə - Ananas

23 aprel 2024 , 05:07