Balanslaşdırılmış qidalanma nədir? - HƏKİMDƏN CAVAB
30 may 2023 11:34 (UTC +04:00)

Balanslaşdırılmış qidalanma nədir? - HƏKİMDƏN CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu balanslaşdırılmış qidalanma ilə bağlıdır.

Maraqlıdır, görəsən balanslaşdırılmış qidalanma deyəndə nə nəzərdə tutulur?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, qida maddələrinin optimal nisbəti ilə xarakterizə olunan qidalanma balanslaşdırılmış adlanır. 

Onun sözlərinə görə, balanslaşdırılmış qidalanma insan orqanizmi üçün gündəlik rasionda zülalların, amin turşularının, yağların, karbohidratların, vitaminlərin optimal nisbətini təmin edir:

“Bunun üçün sağlam qidalanmanın əsas qaydalarına riayət etmək lazımdır. Yəni özünüz üçün optimal porsiya ölçüsünü seçməlisiniz. Rasionun tərkibində həm bitki, həm də heyvan mənşəli məhsullar olmalıdır. Qida məhsulları mümkün qədər təzə və qida rasionunda kifayət qədər meyvə-tərəvəz olmalıdır. Tərkibindəki vitaminlər və mineral maddələr həzm prosesinə faydalı təsir göstərir. Eyni zamanda, bağırsaqları stimullaşdırır və orqanizmi zəruri maddələrlə təmin edir. Həmçinin qidalar mümkün qədər çox çeynənilməli və rasionda şirniyyatlar və un məmulatları minimuma endirilməlidir”.

# 1971
avatar

Arzu Qurbanlı

Oxşar yazılar