Bananı  qabıqlı yeyin   - Dietoloqdan  MƏSLƏHƏT
24 iyul 2023 16:27 (UTC +04:00)

Bananı qabıqlı yeyin - Dietoloqdan MƏSLƏHƏT

Dietoloqlar bananı qabığı ilə yeməyin daha yaxşı olacağını açıqlayıblar.

Lent.az xəbər verir ki, bu təəccüblü nəticəni Böyük Britaniyadan olan dietoloqlar bildiriblər.

Onların sözlərinə görə, bananın qabığında pulpadan daha çox qida maddəsi var.

Dietoloqların fikrincə, banan qabığı lif, karotenoidlər, luteion, kalium və maqneziumla zəngindir. Qabıqda xoşbəxtlik hormonu adlanan serotonin istehsalı üçün lazım olan çoxlu sayda triptofan da var.

Mütəxəssislər qeyd edirlər ki, yetişməmiş bananın qabığı sərt və acı olur, lakin tam yetişəndə ​​qabığı daha incə və dadlı olur.

Bununla belə, onu tədricən diyetə daxil etməyi məsləhət görülüb. İlk dəfə onu bişmiş şəkildə yemək daha yaxşıdır. Onların fikrincə, belə halda onun qabıqlı yeməyə öyrəşmək daha asan olacaq. Bunun üçün qabığı olan bananı 10 dəqiqə qaynatmaq və sonra ələkdən keçirmək lazımdır.

# 2586
avatar

Sevinc Fərid

Oxşar yazılar