Botoksun  müalicə etdiyi   xəstəliklər
08 iyun 2023 15:58 (UTC +04:00)

Botoksun müalicə etdiyi xəstəliklər

Həkimlər botoks adlanan maddəni insanların estetikadan başqa müxtəlif sağlamlıq problemlərini müalicə etmək üçün istifadə edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tərləmə, tər vəzilərinin bədən istiliyini sabitləşdirmək üçün maye istehsal etdiyi bir vəziyyətdir.

Bədən istiliyini tarazlıqda saxlayan bu təbii hal bəzi insanlarda tər vəzilərinin lazım olduğundan çox işləməsi səbəbiylə hiperhidroz dediyimiz həddindən artıq tərləmə kimi görünə bilər. Tərləmənin intensiv olduğu yerlərdə dəri altına botoks yeridilməsi ilə həddindən artıq tərləmə problemi həll edilə bilər.

Botoks həddindən artıq tərləmə ilə yanaşı diş xəstəliklərinin müalicəsində də istifadə edilən bir üsuldur. Botoksla dişləri qıcamaq və çənə sıxma problemlərini həll etmək mümkündür. Botoks həmçinin baş ağrılarının aradan qaldırılmasına kömək edir.

Boyun nayihəsinə tətbiq edildiyi zaman botoks müəyyən müddət ərzində baş ağrıları, miqren kimi həyat keyfiyyətini azaldan xəstəlikləri də aradan qaldıra bilir. Bu müalicə xüsusilə xroniki baş ağrıları olanlar və dərman istifadə edə bilməyənlər üçün tövsiyə olunur.

Bundan əlavə, botoks böyüklərdə qan təzyiqi və diabet səbəbiylə meydana gələn 6-cı sinir iflici müalicəsində istifadə olunur. Üz sinirinin iflicində və üzdəki asimmetriyaların aradan qaldırılmasında da geniş istifadə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Arzu Qurbanlı

Oxşar yazılar