Burun əməliyyatından sonra 11 qızıl QAYDA
04 fevral 2023 17:50 (UTC +04:00)

Burun əməliyyatından sonra 11 qızıl QAYDA

Müasir dövrdə keçirilən əməliyyatlar sırasında burun estetiki daha çox yayılıb.

Lent.az xəbər verir ki, həkimlər burun əməliyyatından sonra bir sıra qaydalara düzgün riayət olunmasını tövsiyə edir.

Həmin qaydaları təqdim edirik:

1. Bir müddət siqaret çəkmək olmaz. Siqaret əməliyyatdan sonra burun və ətraf nahiyələrin özünübərpasına mənfi təsir edir;

2. Ən azı 2 həftə spirtli içki olmaz. Təxminən 7-10 gün yatarkən baş 45 dərəcədə qoyulmalıdır;

3. Burunu təmizləmək üçün həkimin tövsiyə etdiyi sprey və dərmanlar düzgün istifadə edilməlidir;

4. Qan duruldan yeməklər, içkilər və dərmanlardan uzaq durmaq lazımdır;

5. Gözün altında şişlərin olması normaldır. Onlar bir müddət sonra yox olacaqlar. Daha tez yox olmaları üçün başı yuxarı yatmaq lazımdır. Həmçinin buruna dəyməyəcəyi təqdirdə buz da qoymaq olar;

6. İdmanla məşğul olmaq olmaz. 1 həftə sonra yüngül gəzinti mümkündür;

7. Burunu qoruyan bint, parça və s. islanmaqdan qorunmalıdır;

8. Ən azı 1-2 ay eynək taxmaq olmaz;

9. Burunu xüsusilə zərbə almaqdan qorumaq gərəkdir;

10. İlk 1-2 həftədə qan, axıntı və qabıqlar səbəbilə burunun tıxanması ola bilər. Get-gedə bu tıxanmalar azalacaq. Bu zaman həkimin dediyi kimi burunu təmizləmək lazımdır;

11. Burun dərisi ən az 3 ay günəşdən qorunmalıdır. Əməliyyatdan 1 ay sonra isə baş suya dəymədiyi təqdirdə üzmək olar.

# 3135
avatar

Oxşar yazılar