İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə  hansı təsiri var? - MÜSAHİBƏ
04 noyabr 2024 14:23 (UTC +04:00)

İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə hansı təsiri var? - MÜSAHİBƏ

“İqlim dəyişiklyi qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsinə, ekstremal hava hadisələrinə, bioloji müxtəlifliyin azalmasına, qida təhlükəsizliyinin pozulmasına, su ehtiyatlarının azalmasına, köç və məcburi yer dəyişməyə səbəb olur”.

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. 

Onun sözlərinə görə, bu dəyişiklik dünyamıza, atmosferə, həm də bütün canlılara təsir edir: 
“Lakin iqlim dəyişikliyi bütün dünyada bərabər şəkildə deyildir, hər bir orqanizmdə eyni dərəcədə təsiri olmur.

Havanın temperaturunun yüksəlməsi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Hətta zaman-zaman bəzi epidemiyalar iqlim dəyişikliyi ilə əlaqələndirilib. Məsələn, 1977-ci ildə Kaliforniyada küləklə yayılan koksidioidomikoz, 1999-2000-ci illərdə Panamada hantavirus, 2010-2012-ci illərdə Türkiyədə tulyaremiya, 2011-ci ildə Yaponiyada sunamidən sağ qalanlarda müşahidə edilən aspergilloz epidemiyası”.

Həkim bildirib ki, iqlim dəyişikliyinin ağciyər sağlamlığı üzərindəki təsiri partikullar və ozonla əlaqəlidir: 
“Bir çox tədqiqatlar ozonun təngnəfəslik, xırıltı və öskürək, aşağı tənəffüs yollarının infeksiyaları, ağciyər funksiyasında kəskin və keçici azalmalar, tənəffüs yollarının həssaslığının artması, zədələnməsi və iltihabı, sistem oksidləşdirici stres kimi tənəffüs simptomlarına təsirini göstərib. Beləliklə də, bronxial astma və ağciyərlərin xroniki obstruktiv xəstəliyinin simptomları müşahidə olunur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Ləman Sərraf

Oxşar yazılar