Alimlər koronavirusun insanın şəxsiyyət xüsusiyyətlərini dəyişdirdiyini aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 7109 nəfərin iştirak etdiyi araşdırma nevrotiklik, ekstraversiya, açıqlıq, xeyirxahlıq və vicdanlılıq daxil olmaqla beş əsas şəxsiyyət xüsusiyyətinə diqqət yetirib.
2021-ci ilin yayından 2022-ci ilə qədər nevrotiklik nisbətən sabit qalsa da, şəxsiyyət xüsusiyyətlərində dəyişiklik baş verib, ekstraversiya, açıqlıq, xeyirxahlıq və vicdanlılığın azalması ilə təzahür edib.
Koronavirus gənclərdə şəxsiyyət xüsusiyyətlərində ən əhəmiyyətli düzəlişləri göstərib, böyüklərdə isə heç bir əhəmiyyətli dəyişiklik göstərməyib.