Zelenski qəzəbləndi : Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqa biri seçə bilər
15 oktyabr 2026 01:06 (UTC +04:00)

Zelenski qəzəbləndi: Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqa biri seçə bilər

0

Ukrayna prezidenti Volodimir Zelenski istefa vermək niyyətində olmadığını bildirərək müharibəni öz məsuliyyəti hesab etdiyini deyib.

Lent.az xəbər verir ki, Zelenski bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsi zamanı danışıb.

“Dünyada nə Donald Tramp, nə İlon Mask, nə də başqa biri Ukrayna prezidentini seçə bilər. Bunu yalnız Ukrayna vətəndaşları edə bilər”, - Zelenski vurğulayıb.

Prezident döyüş əməliyyatları başa çatana qədər seçkilərin keçirilməsini istisna edib. Könüllü şəkildə istefaya getmək ehtimalı ilə bağlı suala cavabında “Əlbəttə, yox. Bu, mənim məsuliyyətimdir”, – deyə bildirib.

Zelenskinin sözlərinə görə, bəzi nüfuzlu şəxslər onu vəzifədən uzaqlaşdırmaq istəyirlər, çünki o, Ukrayna torpaqlarını Rusiya ərazisi kimi heç vaxt tanımayacaq.

“Əgər məni hakimiyyətdən uzaqlaşdırsalar, əminəm ki, yeni lider – kişi və ya qadın – ölkəmizi müdafiə edəcək. Çünki bu, bizim evimizdir”, - Ukrayna lideri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar