PSJ-nin baş məşqçisi "Mançester Siti"yə dəstəyi ilə  TƏƏCCÜBLƏNDİRDİ
14 oktyabr 2026 19:46 (UTC +04:00)

PSJ-nin baş məşqçisi "Mançester Siti"yə dəstəyi ilə TƏƏCCÜBLƏNDİRDİ

0

PSJ-nin baş məşqçisi Luis Enrike "Mançester Siti"nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması iddiası ilə bağlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, komandaların Çempionlar Liqası qarşılaşmasından əvvəl ispaniyalı məşqçi bildirib ki, ingilis klubunun futbol meydançasındakı nailiyyətləri təqdirəlayiqdir.

"Əgər sırf futbol və meydanda gördüklərim haqqında danışsaq, "Mançester Siti" bu kuboklara layiqdir. Onların futbol oynama tərzini bəyənirəm. Son qərarı gözləməli olacağıq, amma ümid edirəm ki, bu cür cəzadan yayınacaqlar", - Enrike vurğulayıb.

Oktyabrın 14-də, “Mançester Siti” Çempionlar Liqasında “Etihad” stadionunda PSJ-ni qəbul edəcək.

Sentyabrın 29-da Premyer Liqa “Mançester Siti”nin ciddi maliyyə pozuntularında günahkar bilindiyini açıqlayıb. İstintaq materiallarına görə, klub gəlirləri şişirdmək və 900 milyon funt sterlinqdən çox xərci azaltmaq üçün uydurma kommersiya müqavilələrindən istifadə edib.

“Mançester Siti” istintaq boyunca ittihamları rədd edib və hökmdən apelyasiya şikayəti verib. Potensial sanksiyalara əhəmiyyətli cərimə, xalların silinməsi, Premyer Liqadan xaric edilmə və əvvəllər qazanılan titulların əlindən alınması daxildir.
İşlə bağlı yekun qərar hələ verilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar