Naringinin  TƏHLÜKƏLƏRİ:   çox yeməyin
05 dekabr 2023 17:59 (UTC +04:00)

Naringinin TƏHLÜKƏLƏRİ: çox yeməyin

Naringilərin həddindən artıq yeyilməsinin təhlükəli nəticələrini dietoloq Polina Juravleva izah edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, narginin tərkibində çoxlu şəkər, limon və askorbin turşusu var. Onları az yemək daha yaxşıdır.

Bu meyvənin həddindən artıq istehlakı mədə xorası, böyrək problemləri və piylənməyə səbəb ola bilər. Juravleva əlavə edib ki, naringi artıq çəki şəkərli diabet, ürək-damar və digər xəstəliklərin inkişaf riskini artırır.

Bundan əlavə, naringilər allergiya xəstələri və üç yaşından kiçik uşaqlar üçün tövsiyə edilmir.

Juravleva qeyd edib ki, normal miqdarda istehlak edildikdə, naringi həzm sisteminə kömək edir və qida maddələrinin udulmasını yaxşılaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5085
avatar

Oxşar yazılar