Sarı nöqtə  xəstəliyi - kimlər risk altındadır?
30 mart 2023 13:41 (UTC +04:00)

Sarı nöqtə xəstəliyi - kimlər risk altındadır?

Lent.az xarici KİV-ə istinadən sizə sarı nöqtə xəstəliyi kimi də bilinən makula degenerasiyası barədə qısa məlumat.

 Sarı nöqtə xəstəliyi və ya makula degenerasiyası adı ilə də tanınan bu xəstəlik dünyada 60 yaşdan yuxarı şəxslərdə görmə zəifliyinin  ən çox rast gəlinən səbəblərindən biridir. Qadınlar və kişilər eyni şəkildə risk qrupuna daxildirlər.

Xəstəliyin yaranma səbəbləri arasında daha çox genetik faktor üstünlük təşkil edir.

Digər səbəblər arasında

• Yaşın artması, daha çox 65 yaşdan yuxarı şəxslərdə rast gəlinir

• Gözlərin rəngli olması

• Köklük

• Siqaret çəkmək

• Ürək-damar xəstəlikləri olan şəxslər risk qrupuna daxildir.

Sarı nöqtə xəstəliyinin əlamətləri ilkin mərhələdə özünü büruzə verməz. Orta səviyyədə bir qədər əlamətlər özünü göstərdiyi halda ən son mərhələdə isə görmə qabiliyyətinin itirilməsinə qədər getirib çıxara bilir. Xəstəliyin dəqiq diaqnozu hekimin müayinəsindən sonra, xüsusilə retinal bölgənin dəqiq müayinəsindən sonra qoyulur. Sari nöqtə xəstəliyini gecikdirən qidalar və onların faydalarını bu şəkildə sıralaya bilərik. 

Balıq

Omeqa-3 yağ turşuları makula degenerasiyasının yaranmasının qarşısını aldığı kimi xəstəliyin irəliləməsinin də qarşısını alır. Buna görə sarı nöqtə xəstəliyindən əziyyət çəkənlərin qızılbalıq, alabalıq, ton balığı, sardina kimi omeqa-3 baxımdan zəngin dəniz məhsulları ilə qidalanmaları tövsiyə edilir.

Yaşıl yarpaqlı tərəvəzlər

Yaşıl yarpaqlı tərəvəzlərdə makulanı qoruyan çoxlu antioksidant piqmentlər mövcuddur. Bu səbəbdən ispanaq, kələm və brokkoli kimi tünd yaşıl yarpaqlı tərəvəzlər yeyən insanların sarı nöqtə xəstəliyinə tutulma ehtimalı daha azdır.

Yaşıl yarpaqlı tərəvəzlərə əlavə olaraq, qarğıdalı, avokado, sarı bibər, yumurta sarısı, portağal, şaftalı və xurma kimi qidalar da Sarı nöqtə xəstəliyinə qarşı faydalıdır.

Qovunağacı və ya çobanyastığı:

Qovunağacı, digər adı ilə çobanyastığı antioksidantdır. Tərkibində gözləri ultrabənövşəyi şüaların zərərlərindən qorumağa kömək edən aktiv maddələr var. 

Qaragilə, kələm, mərci, noxud və yaşıl lobya kimi sink baxımından zəngin paxlalılar, qoz, fındıq, badam kimi omeqa-3 yağ turşuları ehtiva edən, hüceyrələri və toxumaların qorunmasında əhəmiyyətli rola malik olan A,B,C, E vitaminləri baxımından zəngin qidalar göz sağlamlığını qorur. Sarı nöqtə xəstəliyə tutulma riskini azaldır.

Xüsusilə, A və E vitaminlərinin göz sağlamlığına müsbət təsiri elmi araşdırmalar nəticəsində sübut edilib. Bu səbəbdən göz xəstəliklərindən qorunmaq üçün tərkibində A vitamini olan ispanaq, cəfəri, mərcimək, kəvər soğanı, brokkoli, balqabaq, yerkökü, kartof, qovun, bibər, qreypfrut, noxud; qaraciyər, balıq yağı, süd, yağ, yumurta, böyrək, pendir və qatıq kimi qidalar və E vitamini baxımından zəngin olan bitki yağları, qoz-fındıq, avokado kimi yüksək yağlı qidaların istehlakına üstünlük verilməlidir.

Müntəzəm idman ilə çəkinin qorunması, ultrabənövşəyi şüalara məruz qalmamaq, stressiz həyat da göz xəstəliklərinin yaranmasını gecikdirir və ya qarşısını alır.

# 1383
avatar

Cavidan HUN

Oxşar yazılar