Stress  xərçəngin inkişafına   səbəb olurmu? -  Son  ARAŞDIRMA
03 mart 2024 10:49 (UTC +04:00)

Stress xərçəngin inkişafına səbəb olurmu? -  Son ARAŞDIRMA

Nyu-Yorkdan olan elm adamları yeni araşdırma aparıb və yeni bir şey aşkar ediblər.
 
Xroniki stress xərçəngə səbəb olurmu? 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Nyu-York alimləri bu suala cavab verməyə çalışıblar.

Mütəxəssislər döş xərçəngi olan gəmiricilər üzərində təcrübələr aparıblar: onları iki qrupa bölüblər - biri stressli şəraitdə yerləşdirilib, digəri nəzarətli. 

Araşdırma nəticəsində müəyyən edilib ki, stressə məruz qalan heyvanlarda şişin böyüməsi və daha da ağciyərlərə yayılma riski iki-dörd dəfə artıb. Eyni zamanda, stress xərçəngi olmayan gəmiricilərdə belə ağciyər toxumasını dəyişib, bu da toxumanı xərçəngin inkişafına hazırlayır.

Alimlər hesab edirlər ki, stress birbaşa xərçəngə səbəb olmur, lakin davamlı stress xərçəng hüceyrələrinin toxumalara nüfuzunu asanlaşdıran ağ qan hüceyrələrinin (neytrofillərin) yapışqan şəbəkəsinin yaranmasına gətirib çıxarır.

# 5538
avatar

Oxşar yazılar