“Uşaqlığı və yumurtalığı çıxarmadan bu əməliyyatı edirik”-  Həkim Nicat Alışev
14 avqust 2025 10:00 (UTC +04:00)

“Uşaqlığı və yumurtalığı çıxarmadan bu əməliyyatı edirik”- Həkim Nicat Alışev

Səhər oyandım ki, yatağım al-qanın içindədir. Ayağa qalxanda daha çox  qorxdum. Məndən gur qan gəlirdi. Tez hazırlaşıb ginekoloqa getdim. Müayinə edib dedi ki, arterial qanaxmadır, təcili uşaqlığın çıxarılmalıdır. Ağlayaq yalvardım ki, axı mən ana olmaq istəyirəm. Amma həkim dedi ki, başqa yol yoxdur. Yoxsa öz həyatını da itirəcəksən.

YOLAYRICI: ÖLÜMLƏ OLUM ARASINDA

(Heç vaxt ana ola bilməyəcəksən dedilər. Amma...)

28 yaşlı Gülnar Vəliyevanın (red.:şərti ad) hekayəsi belə başlayır. Yeni ailə quran gənc xanım 2 dəfə uğursuz hamiləlik keçirir. Sonuncu açılışdan sonra onda şiddətli vaginal qanaxma başlayır. Çox həkim dolaşsa da, eyni cavabı eşidir: sağ qalmağın üçün uşaqlıq götürülməlidir.

- Başqa 8 həkimə də getdim. Hamısı eyni sözü dedi. Buna razılaşa bilməzdim. Mən ana olmaq istəyirdim (ağlayır). Əgər ana ola bilməyəcəkdimsə, yaşamağımın da mənası yox idi. Yoldaşıma da dedim ki, əməliyyat olmayacam, qoy ölüm. Doktorlara yalvarırdım ki, qoymayın mən balasız qalım. Axırda bir həkim Dr.Nicat Alışevin adını çəkdi. Dedi bir invaziv radioloq var, bəlkə o sənə kömək edə bilər.

Beləcə, Gülnar Vəliyeva həkim Niçat Alışevə pənah aparır.

- İlk dəfə Nicat həkimi görəndə yoldaşımla tərəddüd etdik, qarşımızda cavan bir adam vardı. Fikirləşdik ki, belə gənc həkim nə kömək edə bilər ki? O qədər doktor gəzmişik. Müayinə  edib dedi ki, təcili müdaxilə lazımdır. Amma narahat olmayın, uşaqlığı qorumaqla əməliyyat edəcəm, yenidən ana ola biləcəksən. Bunu eşidəndə sevincimdən ağladım. Amma yenə də həkimin cavan olmasına görə qərar verə bilmədim.

 

GÜLNARIN TALEYİNİ DƏYİŞƏN O ZƏNG...

 

Doktorun yanında ayrılıb evə gedən  Gülnara telefon zəngi gəlir. Arayan həkim Nicat idi:

- Qanaxmanın qarşısı təcili alınmalıdır. Yoxsa həyatınızı itirə bilərsiniz. Əgər maddi sıxıntınız varsa, ona da kömək edərəm. Amma mütləq əməliyyat olunmalısınız.

Günlar Vəliyeva:

- Həkimin zəngindən sonra tərəddüdümüz daha da artdı. Yoldaşım dedi ki, bu necə həkimdir, biz istəmədən ödənişə də güzəşt edir. Vallah, belə şey görmədiyimiz üçün bizə qəribə gəldi. Bir tərəfdən də cavan olması fikrimizi qarışdırırdı. Amma yenə də son qərarda Nicat həkimi seçdik.

Bakı şəhəri, 7 oktyabr 2022-ci il, palata 2005

Həkim Nicat Alışev Gülnar Vəliyevanı uğurla əməliyyat edir. Uşaqlıq saxlanılır, qanaxma dayanır və 1 gün sonra xəstə evə buraxılır.

Uzman invaziv radioloq Nicat Alışev:

- Gülnar Vəliyeva mənə uşaqlıq daxili qanaxma şikayəti  ilə müraciət etdi.  Həyati təhlükəli bir durum olduğu üçün təcili müdaxilə lazım idi. Əvvəllər bu kimi durumlarda tək çarə klassik əməliyyat idi: uşaqlığın götürülməsi. Lakin müasir invaziv radiologiyanın yeni imkanları ilə biz uşaqlığı saxlamaqda qanaxmaya səbəb olan damarları embolizasiya edə, yəni bağlaya bilirik. Amma tək iş damar bağlamaqdan ibarət deyil. Gərək proseduru elə icra edəsən ki, yumurtalıq və uşaqlıq zərər görməsin. Bunun üçün embolozasiya üsulunun və ləvazimatların doğru seçilməsi çox önəmlidir. Bu isə həkimdən peşəkarlıq və təcrübə tələb edir. Əks halda xəstə ana olmaq şansını itirə bilər.

Beləcə, Nicat Alışev icra etdiyi əməliyyatla Gülnarın həm həyatını, həm də ana olmaq şansını xilas edir.  Bizə möcüzə kimi gələn bu uğurun əsl adı MÜASİR İNVAZİV RADİOLOGİYADIR!

UŞAQLIĞI SAXLAMAQLA İCRA OLUNAN ƏMƏLİYYAT NECƏ HƏYATA KEÇİRİLİR?

Uzman invaziv radioloq Nicat Alışev:

- Bu yeni növ əməliyyatdır və kəsik, tikiş olmadan icra olunur. Sadəcə biləkdən, yaxud da qasıqdan 2 mm-lik dəlik açaraq, problemli damarları bağlaya bilirik. Eyni üsulla G.Vəliyevanı da əməliyyat etdik. Heç bir ağırlaşma izlənilmədi və xəstə  6 saat sonra aktiv həyatına geri döndü.

2005-Cİ PALATADAKI MÖCÜZƏ, İZSİZ ƏMƏLİYYAT, BEŞİKDƏKİ KÖRPƏ...

Ana olmaq arzusu ilə yanıb-tutuşan Gülnar 7 ay sonra hamilə qalır. Və oğlu Kamalı sağ-salamat qucağına alır. Bu gün balasının 2 yaşı var.

 

Gülnar Vəliyeva:

- Ana olmağımın səbəbkarı Nicat həkimdir, qoymadı uşaqlığım çıxarılsın. Allah heç bir qadının qucağını balasız qoymasın!  Bu gün oğlumu bağrıma basa bilərəmsə, o doktorun sayəndə. Xoşbəxtliyimi ona borcluyam. Ailəmin ən əziz adamıdır. Cavanlığına görə tərəddüd etmişdik. Amma indi şükür deyirik ki, qarşımıza Nicat həkim çıxdı. Biləyimdən kiçik bir kəsiklə əməliyyat edib. Heç izi də qalmayıb.

Bu hadisə başqa qadınların da başına gələ bilər. İstəyirəm hər kəs bilsin ki, çıxış yolu var. Əgər sizə desələr ki, uşaqlıq mütləq götürülməlidir,yaxşı bir invaziv radioloqa da müraciət edin. Mən Dr. Nicat Alışevi seçdim və ona güvəndim. Baxın, indi qucağımda balam var...  

Qeyd: uzman invaziv radioloq Dr. Nicat Alışevin Gülnar Vəliyevanın müalicəsində tətbiq etdiyi invaziv üsul miyomaların, yəni uşaqlıq fibromalarının müalicəsində də istifadə edilir. Eyni qaydada kəsiksiz və uşaqlığı qoruyaraq icra olunan bir miyom müalicəsidir. Həkim ilə 077-315-20-40 nömrəsi və “invaziv_radioloq.dralishev” instaqram hesabına ilə əlaqə saxlaya bilərsiniz.

Könül CƏFƏRLİ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992

Oxşar yazılar