Xərçəngin gizli əlamətləri nələrdir? - ONKOLOQ AÇIQLADI
03 iyun 2023 16:41 (UTC +04:00)

Xərçəngin gizli əlamətləri nələrdir? - ONKOLOQ AÇIQLADI

Onkoloq Andrey Vorobyov xərçəngin qeyri-müəyyən simptomlarını açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, onkoloq bildirir ki, bağırsaq xərçəngi davamlı qarın ağrısı, şişkinlik, kramplar, qəbizlik, ishal və ya daha boş nəcis ilə müşayiət oluna bilər. 

Onun sözlərinə görə, qaraciyər xərçənginin əlamətləri isə çox vaxt həzm problemləri ilə əlaqələndirilir:

“Bunlara ürəkbulanma, qusma, az miqdarda yemək yedikdən sonra sidiyin qaralması, qarnın yuxarı sağ nahiyəsində şişkinlik, bu nahiyədə ağrılar və qida qəbulundan qaynaqlanmayan şişkinliklər daxildir. Bundan əlavə, simptomlar sağ çiyin ağrısı, arıqlamaq, iştahsızlıq, yorğunluq, qızdırma da ola bilər”.
 

# 2784
avatar

Arzu Qurbanlı

Oxşar yazılar