Yuxu rejimi ömür uzunluğunu proqnozlaşdırır
19 mart 2026 09:51 (UTC +04:00)

Yuxu rejimi ömür uzunluğunu proqnozlaşdırır

0

Alimlər gənc yaşda yuxu rejimi və aktivliyin ömür uzunluğu ilə bağlı ola biləcəyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, araşdırma Stanford University alimləri tərəfindən aparılıb və nəticələr Science jurnalında dərc olunub.

Tədqiqatda alimlər qocalmanın öyrənilməsi üçün istifadə olunan balıq növü Afrika firuzəyi killifish üzərində müşahidələr aparıblar. Eksperiment zamanı 81 balığın davranışı bütün ömürləri boyunca kameralar və süni intellekt alqoritmləri vasitəsilə izlənilib.

Nəticələr göstərib ki, fərqlər artıq erkən yaşlarda üzə çıxır. Daha uzun yaşayan balıqlar oyanıq olduqları vaxt daha aktiv olub və əsasən gecə yatıblar.

Qısa ömürlü balıqlarda isə əksinə, aşağı aktivlik və gündüz yuxusuna meyllilik müşahidə olunub.

Alimlər bu fərqlərə əsaslanaraq davranış saatı adlandırılan model hazırlayıblar. Bu model gənc yaşdakı aktivlik və yuxu rejiminə baxaraq ömür uzunluğunu proqnozlaşdırmağa imkan verir.

Əlavə analiz göstərib ki, daha az yaşayan balıqlarda qaraciyərdə zülal sintezi və hüceyrə funksiyaları ilə bağlı genlər daha aktiv olur.

Tədqiqatçılar hesab edirlər ki, bu cür nəticələr qocalma prosesini daha yaxşı anlamağa kömək edə bilər. Gələcəkdə bu yanaşmanın digər heyvanlarda və hətta insanlarda yaşla bağlı dəyişikliklərin erkən proqnozlaşdırılmasında istifadə olunması mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar