Demokratik Qüvvələrin Məşvərət Məclisi yaranıb - FOTO
Bu gün 17 siyasi partiyanın iştirakı ilə müxalifətdaxili əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün növbəti görüş keçirilib.
AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Arif İsmayılbəyli (VHP), Bakir Həsənbəyli (Ümid), Hacıbaba Əzimov (VAMBP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər. Toplantıda demokratik seçki mühitinin formalaşdırılması üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, demokratik müxalifətin inteqrasiya perspektivləri və digər məsələlər müzakirə olunub. Müzakirələrin sonunda müxalifət qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və müzakirələrin davamlılığını təmin etmək məqsədilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) yaradılması qərara alınıb. İştirakçılardan yalnız AXCP nümayəndəsi Həsən Kərimov səsvermədə iştirak etməyərək partiyanın müvafiq qurumlarında müzakirə edildikdən sonra mövqe bildirəcəklərini deyib. Qərara alınıb ki, növbəti toplantıya qədər Məşvərət Məclisinin Əsasnaməsi hazırlansın və müzakirəyə çıxarılsın.
Qeyd edək ki, müxalifətdaxili əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün 10 partiyanın iştirakı ilə avqustun 12-də AMİP-in qərargahında görüş keçirilib.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00