10 Nobelçi, 15 sabiq prezident gəlir
“Bakıda keçiriləcək Rusiya-Azərbaycan beynəlxalq humanitar forumunun bütün təşkilati işləri, o cümlədən forumda müzakirəyə çıxarılacaq mövzular iki ölkənin birgə razılığı ilə müəyyən olunub”.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, Foruma dünyanın 100-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə qatılacaq: “Onların sırasında 10-dan artıq Nobel mükafatı laureatı, 15-dən artıq keçmiş prezident, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirləri, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri, o cümlədən digər sahələrin mütəxəssisləri var”.
Ə.Həsənovun sözlərinə görə, forumun birinci və ikinci günü çərçivəsində həm plenar iclaslarda, həm bölmə iclaslarında müxtəlif sahələr üzrə müzakirələr keçiriləcək: “Sonda isə Bakı bəyannaməsi qəbul olunacaq”.
PA rəsmisi bildirib ki, ümumiyyətlə bu forumda bir tərəfdən təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliğinin yayılması və tətbiqi məsələləri nəzərdə tutulur: “Digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işinin bir az da həvəsləndirmək məqsədimiz var”.
Ə.Həsənov deyib ki, forum iştirakçıları 2 gün ərzində Azərbaycanın regionlarında mərkəzi icra orqanlarının təşkil etdikləri tədbirlərdə iştirak edəcək, müəssisələrdə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı təşkil olunmuş toplantılara qatılacaqlar.

Oxşar yazılar

"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11