Bozqurdlar ATV prezidentinə müraciət edib
Tufan Kərim “El içində” tok-şousunun son buraxılışından narazı qalıb
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri Tufan Kərim Azad Azərbaycan Telekanalının (ATV) prezidenti Tağı İbrahimova müraciət edib.
Partiyadan Lent.az-a verilən məlumata görə, müraciətdə 2009-cu il dekabrın 28-də bu telekanalda efirə çıxan “El içində” tok-şousunun növbəti buraxılışına narazılıq bildirilir və verilişdə qoyulan mövzuya, yəni türkçülük ideyasına aidiyyəti olmayan şəxslərin bu verilişə dəvət edilməsini təəccüblə qarşıladığını vurğulayır.
Tufan Kərim hesab edir ki, bu verilişdə Azərbaycan cəmiyyətində milli əxlaqımıza zidd olan "Qeyri-ənənəvi cinsi əlaqə", "Ət və ət məhsulları", "18,6 sm" (Seymur Baycan), "Artuş və Zaur" (Əli Əkbər) kimi yazılarla ikrah hissi qazanmış birilərinin yüksək dəyərlər barədə fikir söyləməsi təəssüf hissi doğurmaya bilməz: “Milli Bayrağımızdakı rəmzlərdə əksini tapmış Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin sizin başçılıq etdiyiniz telekanalda lağa qoyulması heç bir məntiqə sığmır. Erməni türkofob ideoloqlarının baxışları ilə səsləşən bu fikirlərin milli efirimizdən cavabsız olaraq yayımlanmasına, millətimizin klassik milli ideoloqları tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən “Türk inteqrasiyası” kimi həyatı əhəmiyyətli projenin gerçəkləşdiyi bir vaxtda və yanvarın 15-də Türk dövlətlərinin Parlament Assambleyasının ilk iclası ərəfəsində bu cür verilişin yayımlanmasına öz etirazımızı bildiririk”.
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası Tağı İbrahimovdan xahiş edir ki, gələcəkdə türkçülüklə bağlı diskussiyalarda bu partiyanın təmsilçilərinin də iştirakı nəzərdə tutulsun.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07