Prezident İlham Əliyev Türkiyə Prezidenti Administrasiyasının baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Türkiyə Respublikası Prezidenti Administrasiyasının baş katibi Mustafa İseni qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Mustafa İsen Türkiyə Prezidenti Abdullah Gülün salamlarını və Novruz bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. O, 1994-cü ildən başlayaraq Azərbaycana artıq dördüncü dəfə səfər etdiyini deyərək, ötən dövr ərzində Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Bakının və ümumilikdə Azərbaycanın böyük inkişafa nail olduğunu görməkdən məmnunluğunu ifadə edib.
Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün salamlarına və Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını və bayram təbriklərini Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Oxşar yazılar

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51