Azərbaycan Serj Sarkisyanın çağırışını alqışlayır
20 mart 2010 15:00 (UTC +04:00)

Azərbaycan Serj Sarkisyanın çağırışını alqışlayır

“Azərbaycan Serj Sarkisyanın güc tətbiq etməmək haqqında saziş imzalamağa çağırışını alqışlayır”.



APA-nın məlumatına görə, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Ermənistan prezidenti S. Sarkisyanın Azərbaycan prezidentinə güc tətbiq etməmək barədə saziş imzalamaq çağırışına münasibət bildirərkən deyib.



“Lakin bu, yalnız həmin təhlükəni yaradan səbəbin aradan qalxmasından, Ermənistan Silahlı Qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxardıqdan sonra mümkün olacaq. Azərbaycan Ermənistan bu addımı atandan sonra belə bir sazişin imzalanmasına razıdır”, - deyə E. Poluxov vurğulayıb.
# 565

Oxşar yazılar