Məzahir Pənahov: “Nəticələr qənaətbəxşdir...”
22 aprel 2010 16:15 (UTC +04:00)

Məzahir Pənahov: “Nəticələr qənaətbəxşdir...”

“İlk dəfədir ki, belə böyük tədbir keçirilir. Monitorinqlər bütün 125 dairənin hamısını əhatə edib”. Lent.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın DSK-larda apardığı monitorinqlər barədə danışarkən deyib.

“Ümumilikdə nəticələr qənaətbəxşdir, ümumi şərait lazımi səviyyədədir” – deyə, M.Pənahov əlavə edib.

Qeyd edək ki, MSK dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə aprelin 5-dən başlayıb və bir neçə gün əvvəl başa çatdırıb.

Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasını əhatə edib. Hazırda monitorinqlərin nəticələri ilə bağlı MSK-da araşdırmalar aparılır və nəticələrə Mərkəzi Seçki Komissiyasının iclasında qiymət veriləcək.

Monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılıb, həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatının vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparıb.

Pərvin ABBASOV
# 367

Oxşar yazılar