Quba məzarlığı Böyük Britaniya nümayəndə heyətini dəhşətə gətirib
Azərbaycan Avropa cəmiyyəti müşavirlər şurasının sədri Lord Con Lerd: “mən belə dəhşəti heç yerdə görməmişəm.
İyun ayının 6-da Qubaya səfər edən Böyük Britaniyadan olan 6 nəfərlik nümayəndə heyətinin üzvləri Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib.
Lent.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev nümayəndə heyətinin üzvlərinə kütləvi məzarlıq barədə məlumat verib. Qəhrəman Ağayev məzarlığın 2007-ci ilin aprel ayının 1-də aşkarlandığını və ərazidə 400-dən çox kəllə sümüyünün tapıldığını bildirib.
“Onlardan 50-dən yuxarısı müxtəlif yaşlı uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir” – deyə, Q.Ağayev əlavə edib.
Nümayəndə heyətinin üzvləri gördüklərində dəhşətə gəldikləri gizlədə bilməyiblər. Azərbaycan Avropa Cəmiyyəti müşavirlər şurasının sədri Lord Con Lerd jurnalistlərin suallarını cavablandırarkən şokda olduğunu və bu cür dəhşətli hadisəyə dünyanın heç bir yerində rast gəlmədiyini dilə gətirib: “Bu inanılmaz bir faktdır. Bundan sonra hazırlayacağım bütün hesabatlarda bu fakt yer alacaq”.

Oxşar yazılar

Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü
3 iyul 2025 , 19:38
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27