Ermənilərə qalan sərvət
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xocalı ərazisindəki təbii ehtiyatların həcmini açıqlayıb
Sahəsi 93688 hektar olan Xocalı rayonu işğalından 17 il keçir. Yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin Xocalı 1992-ci il fevralın 26-dan işğal altındadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayonun təbii ehtiyatları barədə hesablama aparıb.
Nazirlikdən Lent.az-a bildiriblər ki, 32 min kubmetrlik Zərinbağ və Ağçay üzlük daşı yataqlarının 2039 min kubmetri istismar olunub. Bundan başqa rayonda ümumi ehtiyatları 12 min 434 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, 962 min kubmetr ehtiyata malik kərpic istehsalına yararlı Xocalı gil yatağı, 7280 min kubmetrlik Xankəndi (Əskəran qrupu) qum-çınqıl qarışığı yatağı, gündəlik istismar ehtiyatları 9 min kubmetr olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur.
Nazirlikdə bildirirlər ki, Xocalı rayonunun Bədərə çayı hövzəsində “Yeddi kilsə” adlanan ərazidə - Pirkal meşəçiliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu. Yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1982-1983-cü illərdə rayonun ərazisində hidrogeoloji tədqiqatlar aparılıb və 4 sahə üzrə yeraltı suların ehtiyatı ilkin olaraq, gündəlik 143,4 min kubmetr həcmində qiymətləndirilib. 1990-cı ildə Xankəndi şəhərinin su təchizatı ilə əlaqədar keçmiş SSRİ-nin Geologiya Komitəsində gündəlik 48,3 min kubmetr həcmində Qarqarçayın məcraaltı (39,3 min m3/gün) və Yura çöküntülərinin (9 min m3/gün) yeraltı su ehtiyatları təsdiq olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50