Bakıda “Toyota Aqua” bardürə çırpıldı
25 avqust 2026 01:25 (UTC +04:00)

Bakıda “Toyota Aqua” bardürə çırpıldı

0

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza 8 Noyabr prospektində qeydə alınıb. “Toyota Aqua” markalı minik avtomobilinin hərəkətdə olarkən təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı bardürə çırpılıb.

Qəza nəticəsində avtomobilə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

İman İmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar