Motosiklet maşına necə dəydisə, sürücü öldü - YEVLAXDA
25 avqust 2026 09:23 (UTC +04:00)

Motosiklet maşına necə dəydisə, sürücü öldü - YEVLAXDA

0

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Nazim İsayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən Mahmud Kərimovun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-na yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü hadisədən bir gün sonra vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar