Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 2006-cı il təvəllüdlü F. Həsənova və 2012-ci il təvəllüdlü V. Həsənov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu