Rusiya Azərbaycan sərhədi yaxınlığında hərbi baza yaradır
Mahaçqala şəhərində Rusiyanın Xəzər Hərbi Donanmasının birləşmiş gəmi zərbə qrupunun bazası yaradılacaq.
APA-nın bildirdiyinə görə, bu barədə Rusiya KİV bu ölkənin Xəzər Hərbi Donanmasının qərargahına istinadən məlumat yayıb.
Artıq hərbi bazanın yaradılmasına start verilib, yaxın vaxtlarda donanmanın əsas raket gəmilərinin əraziyə cəmləşdirilməsinə başlanacaq. Rusiyanın Xəzər donanmasının flaqmanı olan «Gerard» tirli «Tatarıstan» raket gəmisinin də Mahaçqalaya dislokasiyası planlaşdırılır. Mahaçqalada bununla əlaqədar yanacaq və texniki xidmət bazasının yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, Rusiya Xəzər Hərbi Donanmasının arsenalına 100-dən artıq müxtəlif təyinatlı gəmi, aviasiya dəstəyi bölməsi, həmçinin qanadlı raketlərlə təchiz olunmuş ekranoplanlar daxildir. Qış mövsümündə Xəzərin şimal hissəsinin donması səbəbindən donanmanın əsas gəmiləri müvəqqəti olaraq Həştərxandan cənuba, əsasən də Mahaçqala sahillərinə dislokasiya olunur.

Oxşar yazılar

Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15