Səfirlər müxalifət liderləri ilə qapalı görüş keçirdi
2 saatdan çox davam edən toplantıda referendum müzakirə edilib
Bu gün bir sıra ölkələrin Bakıdakı səfirləri Azərbaycanın müxalifət partiyalarının sədrlərilə görüş keçirib. Lent.az-ın məlumatına görə, Sülh və Demokratiya İnstitutunun ofisində keçirilən görüşdə Almaniyanın, İngiltərənin və digər bir sıra ölkələrin səfirləri iştirak edib.
Müxalifət tərəfdən isə görüşə “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” referendum üzrə təşviqat qruplarına daxil olan təşkilatların rəhbərləri, o cümlədən Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri qatılıb.
2 saatdan çox davam edən görüş KİV nümayəndələrinin iştirakı olmadan qapalı keçirilib. Görüş bitdikdən sonra Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina jurnalistlərə açıqlamasında görüşün martın 18-də Azərbaycanda keçiriləcək referendumla bağlı olduğunu bildirib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə görüşlə bağlı yaxın saatlarda yazılı açıqlama veriləcəyini bildirib.
Pərvin ABBASOV

Oxşar yazılar

Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15