Beynəlxalq Müşahidə Qrupu rəyini açıqladı
“Səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib”
Altı Avropa ölkəsinin 20 parlamentarisindən ibarət Beynəlxalq Müşahidə Qrupu Azərbaycanda Konstitusiya dəyişikliklərinə dair dünən keçirilən referendumla bağlı apardıqları müşahidələrin nəticələrini açıqlayıb.
Lent.az-ın məlumatına görə, belçikalı senator, ATƏT Parlament Assambleyasının üzvü Alayn Deştixe mətbuat konfransında referendumu izləmək üçün Azərbaycan parlamenti tərəfindən dəvət olunduqlarını deyib. Referendumdan bir neçə gün əvvəl Bakıya gəldiklərini xatırladan avropalı qonaq referendumqabağı kampaniya barədə rəy bildirmək imkanlarının olmadığını söyləyib.
“Biz etiraf edirik ki, səsvermə prosesi zamanı gecikdirmə və mümkün problemlərin qarşısının alınması üçün kifayət qədər seçki qutuları mövcud idi. Ona görə də biz belə bir nəticəyə gəlirik ki, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Biz həm də Azərbaycan hökumətini demokratik təsisatların, xüsusilə də ATƏT və Avropa Şurasının qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə səsləyirik. ATƏT-i isə gələcək seçkilərə və ya referendumlara rəsmi müşahidəçi göndərməyə çağırırıq. Biz qəbul edirik ki, bu referendum Azərbaycanın mürəkkəb regional mühitdə mərkəzləşmiş stabil və dinc ölkə kimi mövqeyini möhkəmləndirir”- deyə, belçikalı senator bildirib.
Beynəlxalq müşahidəçilər sonda MSK-ya və Azərbaycan parlamentinin heyətinə onlara etdiyi yardıma görə təşəkkürlərini bildiriblər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29