Azərbaycandakı 3 erməni hərbçi-əsir üçüncü ölkəyə getmək istəyir
Hazırda onların bununla bağlı müraciətinə baxılır
Bu il fevralın 27-dən 28-ə keçən gecə Ağcabədi rayonu Munaxorlu kəndi istiqamətində, qoşunların təmas xəttinə yaxın ərazidə mülki əhali tərəfindən saxlanılaraq, Azərbaycan hərbçilərinə təhvil verilən Ermənistan Ordusunun üç əsgəri – Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan üçüncü ölkəyə keçmək üçün müraciət ediblər.
Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov bildirib. Ş. Sayılovun sözlərinə görə, hazırda onların müraciətinə baxılması istiqamətində iş aparılır: “Erməni hərbçilər artıq BMT-nin Azərbaycandakı nümayəndəliyinə müraciət ediblər. Müraciətə nə vaxt baxılacağı isə hələlik məlum deyil. Bu, uzun sürən prosesdir. Bundan əvvəlki erməni hərbçisinin üçüncü ölkəyə göndərilməsi prosesi 8-9 ay çəkdi”.
Qeyd edək ki, Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan fevralın 28-nə keçən gecə təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə olan hissəsinə keçib. Erməni əsgərlər bu addımlarını ordunun baxımsız vəziyyətə olması, hətta yeməyə çörək tapmamaları ilə izah ediblər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29