Ermənistan ordusunda qiyam
Ermənistan ordusunda qiyam baş verib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ararat vilayətində yerləşən N saylı hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbçilər sentyabrın 10-da silahlarını ataraq, komandanlığın əmrlərini yerinə yetirməkdən imtina ediblər.
Hadisə ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 10-da döyüş növbəsinə gedən hərbçilər yemək hazırlamaq üçün özləri ilə qaz plitəsi götürmək istəyiblər. Lakin döyüş xidmətini yerinə yetirmə və yanğın təhlükəsizliyi qaydalarına zidd olduğu üçün tabor komandiri buna icazə verməyib. Bu qərar hərbçilərin narazılığına və rəhbərliklə fikir ayrılığına səbəb olub.
İnsidentlə əlaqədar ordu birləşmələri komandanlığının nümayəndələri hərbi hissədə olublar. Şəxsi heyətlə söhbətdən sonra problem həllini tapıb. “N saylı hissənin müqaviləli hərbçiləri xidmətlərini davam etdirirlər”, - deyə məlumatda bildirilir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29