Sabah Bakıda enerji sammiti keçiriləcək
Bu barədə APA-nın Gürcüstan bürosuna prezidentin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin gün M.Saakaşvili Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək. Gürcüstan prezidenti Azərbaycana səfəri zamanı AGRI layihəsinin (Azerbaijan-Georgia-Romania Interconnector) dəstəklənməsi üzrə sentyabrın 14-də Bakıda keçiriləcək enerji sammitində iştirak edəcək.
“Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü sentyabrın 13-də olacaq. Sentyabrın 14-də isə Bakıda Gürcüstan, Azərbaycan və Rumıniya prezidentlərinin iştirak etdiyi enerji sammiti keçiriləcək”, - deyə Gürcüstan prezidentinin mətbuat xidmətinin rəhbəri Natiya Bandzeladze məlumat verib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya energetika nazirlərinin AGRI layihəsi üzrə görüşü keçiriləcək.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29