Əli Kərimli AXCP sədri postunda qalıb
25 sentyabr 2010 17:51 (UTC +04:00)

Əli Kərimli AXCP sədri postunda qalıb

APA-nın xəbərinə görə, bu barədə qərar AXCP-nin V (VIII) qurultayında qəbul olunub.

Ə.Kərimliyə alternativ namizəd irəli sürülmədiyindən, onun namizədliyi açıq səsverməyə çıxarılıb. Ə.Kərimlinin əleyhinə səs verən və ya bitərəf qalan olmayıb.

Bundan əlavə, qurultayda Ali Məclisin yeni tərkibi təsdiqlənib və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçki keçirilib.

AXCP-nin V (VIII) qurultayı yekunlaşmaq üzrədir.
# 855

Oxşar yazılar