Azərbaycan və Səudiyyə Ərəbistanı məhkumların ekstradisiyası və verilməsi barədə müqaviləni razılaşdırıb
Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarovun başçılıq etdiyi nümayəndə heyətinə idarənin əməkdaşları Sənan Hacıyev və Erkin Əlixanov daxil ediliblər.
Səfər zamanı Krallığın Ədliyyə və Daxili İşlər nazirliklərində qarşılıqlı anlaşma və dostluq şəraitində keçirilmiş danışıqlar nəticəsində ekstradisiya və məhkumların verilməsi, habelə məhkəmə və hüquq əməkdaşlığı haqqında Müqavilələr, iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələri razılaşdırılıb, əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Şeyx Məhəmməd bin Əbdul Kərim Əl-Essa tərəfindən qəbul edilib. İki ölkə arasında hüquqi əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayan nazir Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu və bu sahədə təcrübə mübadiləsinin aparılması ilə bağlı niyyətini bildirib. O, razılaşdırılmış sənədlərin yaxın gələcəkdə imzalanması üçün müvafiq tədbirlərin görüləcəyini söyləyib.
Görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı iştirak edib.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45