Qarabağ Fondu ABŞ-ın PBS telekanalına müraciət etdi
Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına və bu kanalın prezidenti Paula Kergerə müraciət edib.
Fonddan Lent.az-a verilən məlumata görə, müraciətdə qeyd olunur ki, oktyabrın 24-də PBS kanalı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi haqqında “Sülh və Müharibədə yaşayan insanların əhvalatı” adlı ziddiyyətli sənədli filmini yayımlayıb.
Yayımlanmış bu sənədli filmdə Qarabağ bölgəsinin əhalisinin 80%-i təşkil edən azərbaycanlıların tarixi və mədəni irsi haqqında heç bir söz açılmayıb. Qarabağ Fondu PBS televiziya kanalına tövsiyə edir ki, Qarabağ bölgəsinin mədəniyyəti və tarixi haqqında Azərbaycan mövqeyini əks etdirən filmləri də yayımlasın: “Belə filmlər geniş Amerika auditoriyasına nəinki şərqdə ilk demokratik respublika olmuş Azərbaycanı tanıdar, həm də bu ölkənin dünya mədəniyyətinə verdiyi böyük töhfəni və müstəsna rolunu da göstərmiş olar. Biz Qarabağ Fondu olaraq hər zaman PBS televiziya kanalına Azərbaycan tarixi, incəsənəti və mədəni irsi haqqında həqiqətləri əks etdirən sənədli materialları təqdim etməyə hazırıq”.
Müraciətdə telekanalın nəzərinizə çatdırılır ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45