Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir ərəfədə Silahlı Qüvvələrimizə atəşkəs rejiminə əməl olunması barədə göstəriş verilib. Buna baxmayaraq qarşı tərəf vəziyyəti gərginləşdirməkdə davam edərək yenə də atəşkəs rejimini pozur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təkcə son sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin bir neçə istiqamətində mövqelərimizi atəşə tutub və nəticədə oktyabrın 31-də saat 16.20-də bir əsgərimiz (Zeynalov Fərrux Sabir oğlu) yaralanıb. Lakin Azərbaycan Silahlı Qüvvələri göstərişi yerinə yetirərək düşmənə cavab atəşi açmayıb. Ermənistan başa düşməlidir ki, bu haldan sui-istifadə etməsinə yol verilə bilməz və qarşılıqlı anlaşmaya riayət edilməzsə, Azərbaycan tərəfi cavab atəşi açmağa məcbur olacaq.

Oxşar yazılar

İsrail və Türkiyə nümayəndələri Bakıda görüşəcək
8 may 2025 , 00:03
Prezidentin Moskva səfəri niyə təxirə salındı? - SƏBƏBLƏR MƏLUM OLDU
7 may 2025 , 20:46
Türkiyə və İsrail hərbi toqquşmanın astanasındadırmı? - Ekspert qiymətləndirir
7 may 2025 , 19:59
İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq
7 may 2025 , 19:39
Qarabağa QAYIDIŞ fiziki köç deyil – Bizi ora çəkən KOD YADDAŞI
7 may 2025 , 14:51
Azərbaycan Hindistana uçuşları dayandırdı
7 may 2025 , 11:14
Azərbaycan Pakistana hərbi hücumları pislədi - BƏYANAT
7 may 2025 , 10:51