Hidayət Orucov Küveytin baş naziri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov oktyabrın 24-dən 29-dək bu ölkədə səfərdə olub.
Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, səfər Küveyt Dövləti baş nazirinin hüquq məsələləri üzrə müavini, ədliyyə, vəqflər və islam işləri naziri Raşid Abdel Mohsen Əl-Hamadın dəvəti ilə həyata keçirilib.
Səfər çərçivəsində Hidayət Orucovu Küveyt Dövlətinin baş naziri Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah qəbul edib. Baş nazir Küveyt hökumətinin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb.
Hidayət Orucov Azərbaycanla Küveyti bir çox amillərin birləşdirdiyini, bunların arasında dini birliyin əhəmiyyətli rol oynadığını söyləyib. Dövlət Komitəsinin sədri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyi Küveyt tərəfindən dəstəklənildiyi üçün baş nazirə təşəkkürünü çatdırıb.
Səfər çərçivəsində Hidayət Orucovla Küveyt Dövlətininədliyyə, vəqflər və islam işləri naziri Raşid Abdel Mohsen Əl-Hamad, nazirin din siyasəti üzrə müavini Adel Fəllah, Küveytin Vəqflər üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini müvəqqəti icra edən xanım İman Humeyda, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının idarə heyətinin sədri Abdullah Mətuq və həmin təşkilatın baş direktoru Süleyman Şəmsəddin və eyni zamanda, Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun sədri Vəlid Musaid Əl-Tabtabai arasında keçirilmiş görüşlərdə isə qurumlararası əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin sədri Küveytin “Elmi Mərkəzi”nə də baş çəkib, “Məscid-Əl Kəbir”i ziyarət edib və onun fəaliyyəti ilə yaxından tanış olub. Səfər zamanı Dövlət Komitəsinin sədri Küveytin aparıcı KİV-lərinin nümayəndələri ilə də görüşüb. Hidayət Orucovun səfəri Küveyt KİV-lərində, o cümlədən, aparıcı televiziya kanallarında geniş işıqlandırılıb.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45