MSK sədri seçicilərə müraciət etdi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, M. Pənahov bildirib ki, 5 minə yaxın seçki məntəqəsində 5 milyona yaxın seçici səs verəcək.
M. Pənahov seçkiləri izləmək üçün ümumilikdə 46639 yerli müşahidəçinin qeydiyyatdan keçdiyini açıqlayıb. Bütün respublika ərazisində müşahidə aparacaq 3466 nəfər MSK tərəfindən, dairələrdə müşahidə aparacaq 43173 müşahidəçi isə DSK-larda qeydiyyatdan keçib.
500 məntəqədə isə “web-camera” quraşdırılıb ki, internet vasitəsi ilə hər kəs həmin məntəqələrdə baş verənləri izləyə bilər.
M. Pənahov bütün namizədlərə uğurlar arzulayaraq bildirib ki, bu seçki Azərbaycanda demokratiyanın göstəricilərindən biri olacaq. O, seçiciləri seçki məntəqələrinə gedərək, səs verməyə çağırıb.
Daha sonra Azərbaycanın dövlət himni oxunub.
M. Pənahov seçkiyə start verildiyini bildirərək ölkədəki bütün seçki məntəqələrinin açıq olduğunu bildirib.

Oxşar yazılar

Ərdoğan Bakı Ali Neft Məktəbinin tələbərinə mükafat verdi - Texnofest 2025
3 may 2025 , 22:25
Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37