Müşahidəçi ilə seçici arasında insident olub
APA-nın müxbirinin verdiyi məlumata görə, davaya komissiya üzvlərindən birinin seçiciyə kömək etmək istəməsi səbəb olub.
Nizam Ələkbərov adlı seçici bülleteni götürəndən sonra gözlərinin zəif gördüyünü bildirərək, komissiya üzvlərindən ona kömək etmələrini xahiş edib. Komissiya üzvlərindən biri seçicini səsvermə kabinəsinə apararaq ona kömək etmək istəyib. Seçkiləri bitərəf müşahidəçi qismində izləyən Zaur Əlişov isə buna etiraz edib. O, komissiya üzvünün prosesə müdaxiləsinin qanun pozuntusu olduğunu vurğulayıb. Müşahidəçinin etirazından narazı qalan seçici ona hücum çəkib. Tərəfləri məntəqə seçki komissiyasının sədri Ramiz Abbasov ayırıb.
Deputatlığa namizəd Nəsiman Yaqublunun nümayəndəsi Məhəbbət Muradov isə bu cür halların yolverilməz olduğunu vurğulayıb.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45