“MSK-ya seçkilərin nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb” - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. APA-nın MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşı xəbər verir ki, M. Pənahov səsvermənin 5314 seçki məntəqəsində keçirildiyini, səsverməni 48 min müşahidəçinin izlədiyini bildirib. O, seçici aktivliyi barədə olan məlumatları bir daha xatırladaraq deyib ki, bu göstərici (seçici aktivliyi 50,14%) Azərbaycan vətəndaşlarının seçkiyə olan marağının göstəricisidir: “MSK-ya hansısa qeyri-adi, seçkilərin nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb”.
M. Pənahov bildirib ki, artıq 5314 seçki məntəqəsindən 4891 məntəqədən protokol məlumatları DSK-lara çatdırılıb.
Daha sonra MSK sədri seçki dairələrində qalib gələn və lider olan namizədlərin adlarını sadalayıb.
M. Pənahov bildirib ki, səsvermənin səhəri günü bütün seçki məntəqələrindən protokol məlumatları DSK-lara, oradan isə MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinə daxil olacaq. Onun sözlərinə görə, növbəti 2 gün ərzində DSK-lardakı protokollar MSK-ya daxil olacaq: “Həmin rəqəmlər indi açıqlanan rəqəmlərdən də dəqiq olacaq”.
M. Pənahov əlavə edib ki, hansısa seçki məntəqələrində, yaxud DSK-larda nəticəyə təsir edəcək qanun pozuntusu aşkarlanarsa, müvafiq seçki məntəqələrinin və ya DSK-ların nəticələri ləğv olunacaq. MSK sədri bunun qarşıdakı 20 gün ərzində reallaşacağını bildirib.
MSK sədri deyib ki, seçki günündən keçən bir ay ərzində seçkilərin yekunları və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Oxşar yazılar

Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52