MTN-in Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Lent.az-ın məlumatına görə, Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb.
O bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı təcavüzdür. O gecə Azərbaycan xalqı yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib: “İşğal altında qalmış torpaqlarımız düşməndən azad edilməli, dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımız doğma el-obalarına qayıtmalıdırlar. Azərbaycanın Prezidenti İlham Əliyev bu istiqamətdə yorulmaq bilmədən fəaliyyət göstərir. Ali Baş Komandanın apardığı uğurlu siyasətin önündə getməli, Vətən uğrunda, torpaqlarımızın işğaldan azad olunması naminə qüvvə və bacarığımızı əsirgəməməliyik”.
Akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə Azərbaycan tarixinə hüzn günü kimi daxil olsa da müstəqilliyimizin yolunda yeni mərhələyə çevrilib. Xalqımız öz azadlığı uğrunda mübarizəyə qalxıb və qalib gəlib. Vətənimizin müstəqilliyi üçün canlarını qurban verən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq: “Azadlıq yolunda verdiyimiz qurbanlar, şəhid qanı hədər getməyib. Azərbaycanın müstəqilliyi möhkəmlənir, bayrağımız yüksəklərdə dalğalanır. Ölkəmiz sürətlə inkişaf edir. Ordumuzun günü-gündən güclənməsi isə torpaqlarımızın erməni işğalçılarından azad ediləcəyi anı daha da yaxınlaşdırır”.
Tədbirdə çıxış edən müdavimlər də 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşüb, hazırda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının müdavimi, gələcəkdə isə bir zabit olaraq Azərbaycanın müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bundan sonra da bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda 20 yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37