“Türk-erməni dostluğunun simvolu olan abidə söküləcək”
“Qars şəhərindəki türk-erməni dostluğunun simvolu kimi ucaldılmış abidənin söküləcəyi dəqiqdir”. Bunu APA-ya açıqlamasında Türkiyənin Qars Bələdiyyəsinin başqanı Nevzat Bozkuş deyib.
Lakin o, söküntü işlərinin nə vaxt aparılacağı barədə dəqiq söz söyləyə bilməyəcəyini söyləyib: “Dəqiq tarix deyə bilmirik. Çünki orada söküntüsü aparılacaq şey adi tikili deyil, abidədir. Söküntünü apararkən tarixi abidələrlə bağlı qanunvericiliyin tələblərini pozmağımız yanlış olardı. Ona görə də hazırda bu sahədə ixtisaslaşmış şirkətlərlə danışıqlara başlamışıq. Danışıqların nə qədər davam edəcəyini dəqiq deyə bilmərəm. Danışıqlar yekunlaşdıqdan sonra onlar abidəni oradan götürəcəklər”.
N. Bozkuş abidənin qoyulmasında məsuliyyət daşıyan rəsmilərin qanun pozuntusuna yol verdiklərinə görə cəzaya məruz qalacaqlarını da istisna etməyib: “Bu, sırf hüquqi məsələdir, hüququn qərar verəcəyi məsələdir. İndidən bu barədə nəsə desək, yanlış ola bilər”.
Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37