“Stadiona Azərbaycan bayrağı keçirməyi Abdulla Gül tapşırmışdı”
Türkiyə prezidentinin köməkçisi Türkiyə-Ermənistan futbol qarşılaşmasında meydançaya şəxsən öz çantasında bayrağımızı keçirdib
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə və Azərbaycan arasında yaranmış bayraq böhranı ilə bağlı maraqlı açıqlama verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hulusi Kılıc Türkiyə və Ermənistan milli futbol komandaları arasında Bursada keçirilən oyundan 2 saat əvvəl prezident Abdulla Gülün köməkçisi Hüseyn Avni Qarslıoğlunun ona mesaj yazdığını söyləyib.
Səfir bildirib ki, futbol oyunundan öncə o, Avni Qarslıoğluna mobil telefonla mesaj göndərib: “Mən yazdım ki, Azərbaycan və Rusiya futbol komandaları arasında keçirilən görüşdə tribunalarda Türkiyə bayraqları dalğalanır. Avni Qarslıoğlu isə mesajında mənə yazdı ki, prezident Abdulla Gül təlimat verib, cəza da olsa, Bursadakı meydana Azərbaycan bayraqlarının gətirilməsini tapşırıb. Avni Qarslıoğlu mesajında yazmışdı ki, hətta onun da çantasında Azərbaycan bayrağı var”.
Hulusi Kılıc deyib ki, Azərbaycan və Türkiyə bayraqlarının yanaşı durması qürurverici bir mənzərədir : “Ancaq ora futbol meydanıdır, siyasətdən kənar olmalıdır. Siyasət meydanda olarsa, bundan pis niyyətli insanlar yararlanar”.
Türkiyə mətbuatı Azərbaycan və Türkiyə arasındakı bayraq böhranının çözülməsində səfirin önəmli rol oynadığını yazıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29