Səfər Əbiyev İşıq Koşanerlə görüşüb
Noyabrın 2-də Azərbaycana rəsmi səfər edən Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı İşıq Koşanerin müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanındakı Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.
Türkiyə-Azərbaycan dostluğunun daim qorunub saxlanması və daha da möhkəmləndirilməsi tərəflərin geniş tərkibli görüşünün əsas mövzusu olub.
Hərbi-texniki əməkdaşlığın yeni inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıç iştirak edib.

Oxşar yazılar

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
6 iyul 2025 , 20:57
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29