Əhmədinejad şeyxi təbrik etdi
İran prezidenti Mahmud Əhmədinejad Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təbrik məktubu göndərib.
İranın Azərbaycandakı səfirliyindən APA-ya təqdim olunan məktubda deyilir: “Dinlərarası dialoq mövzusunda keçiriləcək konfransda iştirakla əlaqədar Cənabınız tərəfindən ünvanlanmış dəvətnaməni sevinc və məmnunluq hissləri ilə aldım. Bu konfransda şəxsən iştirak etməkdən şad və məmnun olardım. Lakin, öncədən planlaşdırılmış proqramlar mənə belə bir imkanı vermədi. Bununla belə öz təşəkkür və təbriklərimi yaxın dostum və müşavirim Hüccətülislam Vəlmüslimin Hacı Əli Əkbərinin vasitəsilə Sizə çatdırıram”.
Əhmədinejad məktubunda İranla Azərbaycan arasında qardaşlıq əlaqələrinin genişlənməkdə olduğunu məmnunluqla vurğulayıb: “Cənabınıza, konfransın təşkilatçılarına və bütün iştirakçılarına bu mübarək məqsədlərə çatmaq istiqamətində səmimi qəlbdən müvəffəqiyyət arzulayıram”.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12