Türkiyədən Azərbaycana hərbi missiya gələcək
Bu barədə APA Türkiyədəki hərbi mənbələrə istinadən məlumat verib. Missiyanın tərkibində Türkiyə Silahlı Qüvvələrinin, Müdafiə Nazirliyinin və bu ölkənin müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin (Müdafiə Sənayesi Katibliyi, ASELSAN, ROKETSAN, Otokar və s. şirkətlərin) əməkdaşları təmsil olunacaq. Hazırda missiyanın səfər tarixi dəqiqləşdirilir.
Azərbaycanın müxtəlif strukturlarında keçiriləcək görüşlərdə Azərbaycan və Türkiyə arasında 2010-cu ildə imzalanmış və ötən ilin dekabr ayında Azərbaycan tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin həyata keçirilmə mexanizmləri, bu sənəd çərçivəsində fəaliyyət istiqamətləri müzakirə olunacaq.

Oxşar yazılar

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21