Həmsədrlər hesabat təqdim edəcəklər
APA-nın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu Xankəndidə fransalı həmsədr Bernar Fasie deyib.Fasie hesabatın məzmunu ilə bağlı şərh verməyib. Diplomat regiona səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə görüşdüklərini xatırladıb. O, həmçinin bildirib ki, həmin görüşlərdə üç vacib məsələ müzakirə olunub.
«Biz, ilk növbədə, münaqişə tərəfləri ilə Soçi görüşü barədə fikir mübadiləsi aparmışıq, Ermənistan prezidenti bu görüşü müsbət adlandırıb. Biz də bu fikirlə razıyıq. Tərəflərlə, həmçinin son insidentləri və təmas xəttindəki hazırkı vəziyyəti, eləcə də hər iki tərəfdən itkiləri minimuma endirməyi müzakirə etmişik», - deyə diplomat vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində 3 həmsədr ölkənin sıx əməkdaşlıq etdiyini bildirən Fasie, “Biz vahid komanda kimi çalışırıq” deyib.

Oxşar yazılar

ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
8 avqust 2025 , 00:44
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05
Pezeşkianın oğlu Azərbaycanın müdafiəsinə qalxdı
7 avqust 2025 , 11:34