Fuad Qəhrəmanlı buraxıldı, Tural Abbaslı həbs olundu
Bu barədə APA-ya Fuad Qəhrəmanlının vəkili Elçin Namazov məlumat verib. Vəkil qeyd edib ki, Fuad Qəhrəmanlının üzərindən 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddə götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində isə həbs-qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin vəkili Anar Qasımov APA-ya bildirib ki, Səbail Rayon Məhkəməsi T. Abbaslı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. Vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini qeyd edib.
Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məhəmməd Məcidlidir.

Oxşar yazılar

Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46